İranda etirazçılara atəş açıldı, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

İranda etirazçılara atəş açıldı, yaralılar var

Hadisə

05 Noyabr 2022 00:32 983


İranın Sistan-Bəlucistan vilayətinin Xaş şəhərində etirazçılar meriya binasına hücum edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları hökumətə qarşı şüarlar səsləndiriblər, daha sonra meriyanın binasını daşa tutublar. İddiaya görə, binaya guya atəş də açılıb. Dominos pizza

“Etirazçılar bir neçə maşını da yandırıb”, - İran agentliyi qeyd edib.

Hüquq-mühafizə orqanları hadisəyə müdaxilə edib və etirazçılarla toqquşma yaşanıb. Rəsmi məlumata görə, bir neçə etirazçı yaralanıb.

Qeyd edək ki, İranın rəsmi xəbər agentliyi yaymasa da, etirazçılara atəş açıldığı aydın olur. Bunun əsaslandırmaq üçün etirazçıların “binaya atəş açdığı” da uydurulub./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!