İranda etirazlar daha mütəşəkkil xarakter alır - Video

saytların hazırlanması

Evə çatdırılma

İranda etirazlar daha mütəşəkkil xarakter alır - Video

Hadisə

30 Noyabr 2022 07:56 817


Sosial şəbəkələrdə yayılan məlumatlara görə, İranda əhalinin hakim rejimə qarşı etirazları getdikcə daha mütəşəkkil xarakter qazanır. Həbslərə və repressiyalara baxmayaraq, ölkədə müəssisələrdə tətillər başlayıb. Fəhlələr və işçilər mütəşəkkil şəkildə küçələrə çıxır və işə qayıtmaqdan imtina edirlər.

Son günlər İsfahan, Məşhəd şəhərlərində və Tehranın özündə bu cür aksiyalar çoxalıb.

Tələbələr və gənc qadınlar xüsusi fəallıq göstərir, repressiyalar və bir çox etirazçıların ölümü onları qorxutmur. pizza hut

Cəmiyyətin əhəmiyyətli və nüfuzlu təbəqəsi olan tacirlər, habelə yük maşınlarının sürücüləri də tətillərə qoşulur, bu da iqtisadiyyatın bir sıra digər sahələrinin işinə mane olur.

Hakimiyyət hələ də problemin həlli və vəziyyətdən çıxış yollarını tapa bilmir. Rəsmi təbliğat bütün bunların ABŞ və İsrail casusları və agentləri tərəfindən təşkil edildiyini iddia etməyə davam edir.

Etirazlar zamanı İranda molla rejiminin dəyişdirilməsi və dünyəvi idarəçiliyə qayıdılması tələbi səslənir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!