İranda etirazlar zamanı SEPAH zabiti öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

İranda etirazlar zamanı SEPAH zabiti öldürüldü

Hadisə

05 Noyabr 2022 14:09 1184


İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun silahlı qüvvələrinin üzvü ölüb, beş polis yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videolara görə, etirazçılar İranın ümumxalq etirazlarında qətlə yetirilən gənc qız Hədis Nəcəfinin ölümünün 40-cı günündə Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarları səsləndiriblər. Dominos pizza

Nümayişlərin davam etməsi ilə, Kərəc şəhərinin küçələrində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə baş tutan etirazları nəzarətdə saxlamaq üçün bu şəhərə qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!