İranda helikopter qəzasının səbəbi aydınlaşdımı?

saytların hazırlanması

Evə çatdırılma

İranda helikopter qəzasının səbəbi aydınlaşdımı?

Dünya

06 İyun 2024 10:07 325


“Bu hadisə ilə bağlı təhqiqat diqqətlə aparılır".

Yenisabah.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu İranın Məsləhət Şurasının üzvü Möhsün Rezayi deyib.

O, İbrahim Rəisi başda olmaqla, İrn rəsmilərinin göyərtəsində olduğu helikopterinin qəzaya uğramasının səbəblərindən danışıb. pizza

Möhsün Rezayi bildirib: “Bu hadisə ilə bağlı təhqiqat diqqətlə aparılır və araşdırmanın nəticələri bizim üçün çox önəmlidir. Çünki qəzada Ali Rəhbərindən sonra ölkənin ikinci adamı sayılan şəxs dünyasını dəyişib.

Bütün imkanları nəzərdən keçiririk, baxmayaraq ki, bu günə qədər aydınlaşan odur ki, qəzada təbii amillərin rolu çox olub. Amma araşdırma zamanı hər hansı səviyyədə səhlənkarlıq aşkarlansa, mütləq müəyyən tədbirlər görüləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!