İranda prezidentliyə kimlər namizəd ola bilər? - Əsas tələblər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İranda prezidentliyə kimlər namizəd ola bilər? - Əsas tələblər açıqlandı

Dünya

26 May 2024 13:50 671


İranın Seçki Qərargahının informasiya texnologiyaları komitəsi elan edib ki, prezident seçkilərində namizədlərin qeydiyyatı əyani aparılacaq.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu komitə rəhbəri Əmir Şücaan bildirib.

Onun sözlərinə görə, seçki qərargahları sistemi namizədlərin elektron qeydiyyatına hazırdır, lakin "Prezident Seçkiləri haqqında" Qanunda qeydiyyatın namizədn şəxsən iştirakı ilə aparılmasının vacibliyi qeyd edilib. "Biz namizədlərin internet qeydiyyatına ehtiyacı olmadığı qənaətinə gəlmişik". pizza mizza

Şücaan əlavə edib: "Namizədlər 30 may-2 iyun tarixlərində şəxsən qeydiyyatdan keçəcək və onlar barədə Seçki Qərargahında elektron fayl yaradılacaq. Bundan başqa, hakimiyyətin üç qolu rəhbərlərinin ötən gün keçirilən iclasında seçki prosesini asanlaşdırmaq və namizədlərin qeydiyyatında əlavə çətinliklərin qarşısının alınması məqsədilə Nəzarətçilər Şurasının rəyi əsasında qərar qəbul edilib.

Namizədlərə bu tələblər irəli sürüləcək: seçici hüququ, ən azı 40, ən çoxu 75 yaş, magistr dərəcəsi, ən azı 4 il valilik, nazirlik, parlament nümayəndəsi və buna bənzər yüksək idarəçilik təcrübəsinin mövcudluğu və heç bir cinayət məsuliyyətinin yoxluğu.

Sənədlər Daxili İşlər Nazirliyinin hazırladığı sistemə yüklənməlidir.

Yalnız mövcud tələblərə uyğun olanlar DİN-ə müraciət edərək şəxsən qeydiyyatdan keçə bilərlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!