İranda iğtişaş polislərindən birinin qadına nalayiq şəkildə toxunmasını əks etdirən video etirazçılar arasında hiddət doğurub.
Polis və onun yoldaşları qadını motosikletə oturtmağa çalışırdılar. Müstəqil şəkildə dəqiqləşdirilməyən videoda bir polis qadının yanbızından tutur və başqa polislər onu motosikletə mindirməyə çalışırlar.
Qadın bu hücuma müqavimət göstərdikdən sonra yerə yıxılır, polislər isə hadisə yerindən uzaqlaşırlar. Videonun artıq iki gündür ki, sosial mediada dövr etməsinə baxmayaraq hakimiyyət orqanları hadisəni şərh etməyib. Dominos pizza
Telegram kanalımız