İranda qadınlar kütləvi şəkildə çadradan imtina edir – Video

saytların hazırlanması

Evə çatdırılma

İranda qadınlar kütləvi şəkildə çadradan imtina edir – Video

Hadisə

22 Sentyabr 2022 14:05 2393


İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını öldürməsinə etirazlar səngimir.

“Yeni Sabah” xəbər verir ki, hazırda ölkənin 24 ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.

Son məlumata görə aksiyalarda qadınlar xüsusi fəallıq nümayiş etdirir və onlar bu aksiyalara əksər hallarda hicabsız qatılırlar. Hətta ötən gün bir qrup qadın çadrasını çıxararaq meydanda yanan tnqala atmışdı. Toyuqlu pizza

Bu gün Mazandaran əyalətinin Babolsər şəhərində keçirilən aksiyanın da videosu yayılıb. Videodan görünür ki, bir qism qadın mitinqə hicabsız qattılıb. Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən qətlinə etiraz edən qadınlar baş örtüklərini açaraq "Xameneiyə ölüm olsun, Xameneyiyə ölüm olsun!" şüarları səsləndiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!