İranda Qarabağa dair konfrans keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İranda Qarabağa dair konfrans keçiriləcək

Siyasət

25 Fevral 2021 01:35 689


Cari il mart ayının 1-də İranın Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Qumda fəaliyyət göstərən Elmi Hövzələr Mərkəzi tərəfindən təşkil olunacaq konfransa Azərbaycan, İran və Qafqaz xalqlarının görkəmli din alimləri dəvət ediləcək.

Konfransda İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin 44 günlük müharibə zamanı irəli sürdüyü tezislər təhlil olunacaq. Marqarita pizza

Qeyd edək ki, İranın Ali rəhbəri Azərbaycan Ordusunun Qarabağı erməni işğalından azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı dövlət televiziyası ilə çıxış edərək rəsmi Bakının haqlı olduğunu bəyan etmişdi.

Ayətullan Əli Xamenei bildirmişdi ki, İranın iki qonşusunun müharibə etməsi üzücüdür. Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Onun fikrincə, regionda sülh və əmin-amanlıq Azərbaycana məxsus torpaqların qaytarılması ilə təmin oluna bilər.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!