İranda seçki prosesi start götürdü -   İbrahim Rəisini kim əvəz edəcək?

saytların hazırlanması

Evə çatdırılma

İranda seçki prosesi start götürdü - İbrahim Rəisini kim əvəz edəcək?

Dünya

30 May 2024 11:44 730


İranda 14-cü dönəm prezident seçkilərində iştirak üçün namizədliyin irəli sürülməsi rəsmən başlayıb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu gün səhər saat 8:00-da ölkənin Seçki Qərargahına potensial namizədlərin baş vurmasının ilk günü başlayıb.

Seçki Qəraragahı axşam saat 18:00-a qədər işləyəcək. pizza mizza

Namizədlərin ölkənin seçki qərargahına gələrək bu seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçməsi üçün beş gün (iyunun 4-dək) davam edəcək.

Bu beş günlük ilk mərhələdən sonra Nəzarətçilər Şurası namizədlərin sənədlərinin yoxlayacaq və qeydə alınmış namizədlərin siyahısını Daxili İşlər Nazirliyinə göndərəcək.

Konkret olaraq 40-75 yaş arası və ən azı magistr dərəcəsi olan şəxslər seçkidə namizəd qismində iştirak edə bilər.

Namizədləri təbliğat dövrü iyunun 26-dək davam edəcək.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Xatırladaq ki, mayın 19-da prezident İbrahim Rəisinin helikopteri İranın şimal-qərbində, Azərbaycanla sərhədə yaxın dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarədə İran prezidenti ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malek Rəhməti və Ayətullah Məhəmməd Əli Ali-Haşim də olub.

Hazırda İran prezidentinin vəzifələrini Rəisi dövründə ölkənin birinci vitse-prezidenti vəzifəsində çalışmış Məhəmməd Müxbir icra edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!