İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilər ərəfəsində keçirilən sorğu Səid Cəlilini önə çıxarıb.
Yenisabah.az Press TV-yə istinadla xəbər verir ki, respondentlər Cəlilinin (22,5%) digər prezidentliyə namizədlərdən üstün mövqedə olduğunu qeyd ediblər.
Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf (19,5%) və Məsud Pezeşkian (19,4%) onu izləyirlər. Pepperoni pizza
İyunun 18, 19 və 20-də keçirilən sorğuya Tehran, müxtəlif digər əyalətlər, əyalət paytaxtları və seçilmiş kəndlərdən olan respondentlər daxil olub.
Keçmiş millət vəkili, Şəhidlər və Qazilər Fondunun hazırkı rəhbəri Əmirhüseyn Qazizadə Haşimiyə respondentlərin 2,7 faizi səs verməyə meylli olub.
Tehran meri və keçmiş millət vəkili Əlireza Zakani 2,2%, keçmiş daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi 0,9% səslə siyahının sonunda qərarlaşıb.
Telegram kanalımız