İranda seçkilərin yeni təbliğat kampaniyası start götürdü

saytların hazırlanması

Evə çatdırılma

İranda seçkilərin yeni təbliğat kampaniyası start götürdü

Dünya

29 İyun 2024 13:15 627


İranda prezident seçkilərinin ikinci turu ilə bağlı təbliğat-təşviqat kampaniyası başlayıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, "Prezident seçkiləri haqqında" qanuna əsasən, yeni kampaniya ilk turun nəticələri elan olunduqdan sonra start götürür.

O, ikinci turda səsverməsinin başlanmasına 24 saat qalmışa qədər davam edəcək. Dördpendirli pizza

Bu mərhələdə iki əsas namizəd: Məsud Pezeşkian (10.415.991 səs) və Səid Cəlili (9.473.298 səslə) yarışacaq. Çünki ilk turda namizədlərdən heç biri mütləq səs çoxluğunu (50%+1 səs) toplaya bilməyib.

İran Konstitusiyasının 117-ci maddəsində deyilir: “Prezident seçicilərin mütləq səs çoxluğu ilə seçilir, lakin birinci turda namizədlərdən heç biri belə səs çoxluğu əldə etmədikdə, növbəti həftə, Cümə günü ikinci tur keçirilir və prezident seçkidə iştirak edən seçicilərin mütləq səs çoxluğu ilə seçilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!