İranda seçkilərlə bağlı sorğu keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İranda seçkilərlə bağlı sorğu keçirildi

Dünya

11 İyun 2024 13:08 233


ISPA (ISNA agentliyinin filialı) iyunun 8-9-da İranda seçicilər arasında sorğu keçirib.

Yenisabah.az xəbər verir ki, respondentlərin 44,4%-i mütləq şəkildə prezident seçkisində iştirak edəcəyini bildirib. 7,3% yəqin ki iştirak edəcəyini qeyd edib. Respondentlərin 28,7%-i səs verməyəcəyini, 15% isə qərarsız olduğunu açıqlayıb.

ISPA sorğusu Nəzarətçilər Şurasının 80 nəfər arasından altı prezidentliyə namizədi qeydə almasından əvvəl keçirilib. Sezar pizza

Sorğu təşkilatçıları 28 iyuna yaxınlaşdıqca seçici fəallığının artacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2021-ci ilin prezident seçkilərində fəallıq 48,8% təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!