İrandan 93 kilo narkotik gətirən şəxs yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

İrandan 93 kilo narkotik gətirən şəxs yaxalandı

Kriminal

08 İyul 2023 12:23 1459


DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatı zamanı İrandan 93 kiloqram narkotik vasitə gətirən daha bir nəfər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, narkotik vasitələrin ölkənin əlverişli relyef şəraitindən istifadə olunmaqla transit yollarla Avropa ölkələrinə daşınması istiqamətində qeydə alınan cəhdlərdə son dövrlər intensivlik müşahidə edilir.

Xüsusən İranda yaşayan narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslər narkotik vasitələri keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Azərbaycana buradan da digər ölkələrə göndərməyə çalışırlar.   Sezar pizza

Bu istiqamətdə Xəzər dənizinin İran sahillərindən ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən əsas şəxslərdən daha birinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti tədbir həyata keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonunda baş tutan tədbir nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 93 kiloqram, o cümlədən 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuaua, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb aşkar edilib

Rafiq Ağayevdən aşkar edilən narkotik vasitə kütlələri ölkəyə dəniz yolu ilə gətirildiyi üçün xüsusi plastik çəlləklərdə qablaşdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Rafiq Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!