İrandan qaçaqmal siqaretin gətirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

İrandan qaçaqmal siqaretin gətirilməsinin qarşısı alındı

Hadisə

19 Noyabr 2022 10:33 769


İrandan Azərbaycana qaçqamal siqaret keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs “Suma-94” MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99 DE 312 / 99 ZB 124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib.

Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycana məxsus aksiz markası ilə markalanmamış 23 846 qutu “Kent”, 7 980 qutu “Marlboro”, 500 qutu “Parliament”, 15 000 qutu “Milano” və 90 qutu “Senator” markalı olmaqla, ümumilikdə 948 320 ədəd siqaret aşkar edilərək götürülüb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!