İranın Kəşfiyyat Nazirliyi ("Ettelaat") İslam Respublikasının qurucusu olan Ayətullah Ruhullah Xomeyninin bioloji silahla öldürülməsi barədə iddialara təpki verib.
Yenisabah.az "Camaran"a istinadla xəbər verir ki, bundan əvvəl onun Əsərlərinin Redaktə və Nəşriyyat İnstitutu bu iddianı təkzib etmişdi.
Xatırladaq ki, bir neçə gündür ki, virtual mediada Həmid Nəqqaşian adlı şəxsin fikirləri müzakirə olunur. O, Ayətullah Xomeyninin bioloji qətlinin mümkünlüyünü və bununla bağlı "Ettelaat"da rəsmi sənədlərin mövcudluğunu iddia edib. pizza sifarişi
Kəşfiyyat Nazirliyi bu iddianı təkzib edib: "Onun heç bir məntiqi əsası yoxdur və yanlış və sənədsiz ehtimallara söykənir".
Telegram kanalımız