İranla sərhəddə 2 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İranla sərhəddə 2 nəfər saxlanıldı

Kriminal

21 İyun 2023 12:40 1011


İyunun 21-də Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Eyni zamanda, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb. Dördpendirli pizza

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!