Rusiya və İran arasında hərtərəfli əməkdaşlıq haqqında yeni sazişin imzalanması İran tərəfindən texniki problemlərə görə müvəqqəti olaraq dayandırılıb.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2-ci Asiya departamentinin direktoru Zamir Kabulov məlumat yayıb.
Onun sözlərinə görə, saziş bağlamaq qərarı hər iki ölkə üçün strateji xarakter daşıyır və mövcud geosiyasi vəziyyətdən asılı deyil. Dominos pizza
Kabulov əlavə edib ki, saziş üzərində iş prosesi iranlı tərəfdaşlarla problemlərə görə dayandırılıb, lakin bu iş sazişin mətni razılaşdırılana qədər başa çatdırılacaq, bundan sonra iki ölkə liderləri vaxt və imzalanma yeri ilə bağlı qərar verəcəklər. .
Bundan əvvəl Rusiya, Çin və İran nüvə sazişi ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Telegram kanalımız