ABŞ-da ilin ən yaxşı mahnısı üçün "Grammy" mükafatı amerikalı blyuz müğənnisi Bonni Rayta verilib.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, ilin ən yaxşı albomu "Harry's House" olub.
23 yaşlı caz vokalisti Samara Coy “Ən yaxşı yeni ifaçı” nominasiyasında “Qremmi” qazanıb.
Müğənni Beyons bu gecə tarixində ən çox "Qremmi" qazanıb.
Bundan əlavə, bu dəfə mükafat ilk dəfə "Sosial dəyişiklik üçün ən yaxşı mahnı" adlı yeni nominasiyada verilib. İranlı müğənni Şervin Hacipur onu ABŞ-ın birinci xanımı Cil Baydenin əlindən alıb.
O, 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı İran etiraz hərəkatının himninə çevrilən "Baraye" mahnısına görə mükafatlandırılıb.
Telegram kanalımız