İrəvanda ABŞ vətəndaşına silahlı hücum oldu

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda ABŞ vətəndaşına silahlı hücum oldu

Siyasət

26 Mart 2024 23:05 1038


Martın 21-də Ermənistanın paytaxtı İrəvan şəhərinin Proşyan küçəsində ABŞ vətəndaşına qarşı silahlı hücum olub.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, gündüz saatlarında naməlum şəxs əcnəbiyə yaxınlaşaraq pnevmatik tapança ilə onun başına zərbələr endirib, çantasını oğurlayıb və hadisə yerindən qaçıb. Marqarita pizza

Küçədə olan vətəndaşlardan biri qulduru təqib edib. O, qaçarkən çantadan pul və bank kartını çıxara bilsə də, silahı yerə atıb.

Qeyd olunub ki, hadisəni törədən 25 yaşlı gəncdir. Hazırda onun axtarışları davam edir. Eyni zamanda ABŞ vətəndaşını vəziyyəti barədə məlumat verilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!