İrəvanda kritik toplantı: Qərar verildi - “Tezliklə bu ərazilər...”

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda kritik toplantı: Qərar verildi - “Tezliklə bu ərazilər...”

Siyasət

10 Mart 2024 22:35 5707


Tezliklə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndləri Azərbaycana təhvil veriləcək.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Aprelu Yerkir” Partiyasının sədri Mesrop Arakelyan deyib.

“Azərbaycan Ermənistandan işğal altında olduğunu bildirdiyi 4 kəndin qaytarılmasını tələb edir. Əlbəttə, Ermənistan hakimiyyətinin cavab verəcəyi heç nə yoxdur. Əslində, tezliklə nə cavab verəcəkləri və edəcəkləri bəllidir, - partiya sədri vurğulayıb. Dominos pizza

Arakelyan xatırladıb ki, Ermənistan sözügedən 4 kəndi, eləcə də Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki anklavlarını Azərbaycan ərazisi kimi tanıyıb.

Eyni fikri erməni rejissor Ruben Mxitaryan da təkrarlayıb.

Onun sözlərinə görə, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən 8 kəndin də bura daxil olduğunu xüsusi qeyd edib. Mxitaryan əlavə olaraq, Qazaxın 7 kəndi ilə yanaşı, Naxçıvanın Kərki kəndinin də təhvil veriləcək ərazilərə daxil olduğunu bildirib.

"Hakim komandanın qapalı iclası keçirilir və orada bəyan edilir ki, müharibənin olmaması üçün 4 kənd təhvil verilməlidir. Artıq qarşı tərəf (ilkin olaraq) 4 kəndi rəsmən tələb edib. Bu, tezliklə baş tutacaq", - rejissor söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!