İrəvanda qan töküldü: Polis silaha əl atdı

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda qan töküldü: Polis silaha əl atdı

Dünya

13 İyun 2024 09:08 640


Ermənistan polisi çərşənbə günü parlament binası qarşısında etiraz aksiyası keçirən 98 nəfəri saxlayıb. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Çərşənbə günü Ermənistan parlamentinin binası qarşısında “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Nikol Paşinyanın Ermənistan Respublikasının baş naziri postundan istefası tələbi ilə etiraz aksiyası keçirilib. Eyni zamanda parlamentdə Nikol Paşinyanın da iştirak etdiyi hökumət saatı keçirilib.  Pepperoni pizza

Aksiya zamanı polis etirazçılara qarşı səs-küylü qumbaralardan istifadə etməyə başlayıb.

ER Səhiyyə Nazirliyinin məlumatına görə, Baqramyan prospektində baş verən hadisələr nəticəsində yaralananlar olub. 79 mülki şəxs və polis tibbi yardıma müraciət edib. 

6 xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!