İrəvandə müxalifətin mitinqi başladı

saytların hazırlanması

Evə çatdırılma

İrəvandə müxalifətin mitinqi başladı

Dünya

09 May 2024 19:11 622


Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının bir neçə min tərəfdarı hökumətə etiraz etmək üçün İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Respublika meydanı etirazçılarla dolub, Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan da onlara qoşulub. Meydanın yaxınlığında polis qüvvələri və xüsusi texnika var. Sezar pizza

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 9-da planlaşdırılan etiraz aksiyasının iştirakçılarına xəbərdarlıq edərək, konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə qarşısının alınacağını vəd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!