İrəvanı geri çəkilməyə məcbur edən nədir?

saytların hazırlanması

Evə çatdırılma

İrəvanı geri çəkilməyə məcbur edən nədir?

Siyasət

06 Mart 2024 00:45 1089


Ermənistan azaraq sərhədi keçən əsgərimiz Ruslan Pənahovu Azərbaycana qaytarıb. Gözlənilirdi ki, İrəvan əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə etsin, onun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı.

Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

"Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar. Bunun “xoşməramlı jest”lə əlaqəsinin olnmadığı bəllidir, xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan, Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər. pizza sifarişi

Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb, bunun nədən ibarət olduğunu bəlli deyil, yaxud ehtimal irəli sürmək üçün istinad nöqtəsi yoxdur, amma Pənahova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb ciddi olmalıdır", - A.Nərimanlı bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!