İsa Həbibbəylinin oğlu saxlanılıb?

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəylinin oğlu saxlanılıb?

Hadisə

23 Noyabr 2022 23:14 2698


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Yenisabah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.

Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb. pizza mizza

İsa Həbibbəyli oğlunun rəhbəri olduğu Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatdan danışıb.

O, Unikal-a açıqlamasında bu sözləri deyib:

"Hazırda Naxçıvan Gömrük Komitəsində yoxlama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!