İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb

Sosial

30 Oktyabr 2020 17:26 1327


Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub.

Yenisabah.az xəbər verir ki, Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb.

Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb. Toyuqlu pizza

1993-cü ildə işğal olunmuş, 27 ildən sonra azad edilmiş dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 km hissəsinin işğaldan azad edilməsi dövlət sərhədinin tam bərpası baxımından önəmli hadisədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!