İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır

Sosial

26 Oktyabr 2020 17:38 1028


Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir.

Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Yenisabah.az-a verilən məıumata görə, ilk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir: pizza hut

“O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib. “Azəriqaz” İB işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!