İspaniyanın baş prokuroru Dolores Delqado Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı ilkin araşdırmalara başlamaq qərarına gəlib.
Yenisabah.az xəbər verir ki, bu barədə "TASS" İnformasiya Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İspaniyanın baş prokuroru Dolores Delqado bu gün Rusiya Federasiyası silahlı qüvvələrinin Ukraynaya müdaxiləsi ilə bağlı ibtidai istintaq hərəkətlərinin başlanması və onların Milli Məhkəmə Kollegiyasının Baş Prokurorluğunun Baş prokuroru Xesus Alonsoya həvalə edilməsi haqqında fərman imzalayıb: pizza mizza
“Bu proseslərin məqsədi bundan sonra istər öz təşəbbüsü, istərsə də beynəlxalq əməkdaşlığın fəal hissəsi kimi həyata keçirilə biləcək hərəkətlərə dəstək verən hüquqi baza yaratmaqdır. Prokurorluğun istintaq prosesi Ukraynanın, müharibədən zərər çəkmiş və oxşar vəziyyətdə olan digər ölkələrin hakimiyyət orqanlarına kömək göstərmək və istiqamətləndirmək üçün ideal vasitədir”.
Telegram kanalımız