İspaniyanın baş naziri Pedro Sançes və Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Yenisabah.az RTVE-yə istinadla xəbər verir ki, bu sazişə əsasən, Madrid Kiyevə 1 milyard avro dəyərində hərbi yardım göstərəcək,
"Bu məbləğ Ukraynaya müdafiə resurslarını, xüsusən də hava hücumundan müdafiəni gücləndirməyə imkan verəcək", - Sançes Zelenski ilə birgə mətbuat konfransında deyib. Dominos pizza
Razılaşmada qeyd edilir ki, ölkələr “əməkdaşlığı dərinləşdirəcək və Ukraynada iqtisadi sabitliyə, bərpaya, dayanıqlığa və islahatlara kömək edəcək, Ukraynanın Avro-Atlantik birliyə, xüsusən də Aİ və NATO-ya inteqrasiyasını təşviq edəcək”.
"Saziş təhlükəsizliklə bağlı hərtərəfli baxışa əsaslanır və buna görə də müxtəlif sahələri, o cümlədən hərbi, maliyyə dəstəyi və hərbi sənaye sahəsində əməkdaşlığı əhatə edir", - İspaniyanın baş naziri vurğulayıb.
Telegram kanalımız