İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?

saytların hazırlanması

Evə çatdırılma

İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?

Dünya

23 İyun 2024 16:57 503


Ermənistan hökumətinin Fələstin dövlətini tanımaq qərarı İsraili təəccübləndirmədi.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri yazıb.

Məlumata görə, İsrail Təhlükəsizlik Şurası Fələstin dövlətini tanıyan bütün ölkələr üçün münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib. Dominos pizza

Bundan əlavə, departament bu ölkələrin İsraildəki diplomatik nümayəndəliklərinin bağlanmasını və ya məhdudlaşdırılmasını tövsiyə edib. Nəticədə bu mövzu ətrafında müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, Ermənistanın Fələstin dövlətini tanımasına İsrail kəskin reaksiya verib və erməni səfiri XİN-ə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!