İsrail təhlükəsiz bölgəni bombaladı: “Bu, yeni cinayətdir”

saytların hazırlanması

Evə çatdırılma

İsrail təhlükəsiz bölgəni bombaladı: “Bu, yeni cinayətdir”

Dünya

27 May 2024 14:48 460


İsrail ordusu gecə Rafahda köçkün fələstinlilərin qaldığı düşərgəni bombalayıb.

Yenisabah.az xəbər verir ki, hava hücumu nəticəsində azı 50 nəfər ölüb.

Bununla bağlı Avropa İttifaqının xarici siyasət komissarı Josep Borrell İsraili Beynəlxalq Ədalət Məhkəməsinə məhəl qoymamaqda və Qəzzanın cənubunda hərbi əməliyyatı dayandırmaq əmri verildiyini halda hərbi əməliyyatı davam etdirməkdə ittiham edib. Pepperoni pizza

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, ABŞ İsrailin Rafaha hücumu ilə bağlı məsələdən xəbərdardır və bu məsələ ilə bağlı daha çox məlumat toplayır. 

Misir və Qətər XİN-lər İsrailin Rafahda azı 50 nəfərin ölümünə səbəb olmasını sərt şəkildə tənqid edib.

Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbul Qeyt də İsrailin hərəkətlərini tənqid etməyə qoşulub: “Təəssüf ki, İsrailin Fələstin xalqına qarşı hərbi cinayətləri davam edir, Rafah bölgəsində məcburi köçkünlər üçün düşərgənin atəşə tutulması yeni cinayətdir və beynəlxalq məhkəmələrdə nəzərdən keçirilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!