İstanbulda terror törədən qadının evindən görün nələr çıxdı - Video

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda terror törədən qadının evindən görün nələr çıxdı - Video

Hadisə

15 Noyabr 2022 09:17 3752


İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törətməkdə şübhəli bilinən suriyalı Əhləm əl-Bəşirin qaldığı evdə axtarış aparılıb.

“Yeni Sabah” BAKU.WS-ə istinadən xəbər verir ki, PKK üzvü olan əl-Bəşirin evində aparılan axtarış zamanı 3 min 800 ABŞ dolları, 5 min avro, 10 min lirə və xeyli sayda qızıl-zinət əşyaları aşkar olunub.

İstintaq zamanı həm də məlum olub ki, Əhləm əl-Bəşir İstanbula bir nəfərlə gəlib. Həmin şəxs suriyalı qadına 1 kiloqram partlayıcı verərək İstiqlal küçəsinə göndərib. Marqarita pizza

Onun Türkiyənin hər yerində axtarışları davam edir.

Qeyd edək ki, İstanbuldakı terror aktı 6 nəfərin ölümü, 81 nəfərin isə yaralanmasına səbəb olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!