Türkiyənin İstanbul şəhərində otelə əl qumbarası atılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.
Məlumata görə, motosikletlə hadisə yerinə gələn yetkinlik yaşına çatmayan uşaq əlindəki qumbaranı otelə atıb. Qumbara partlamayıb. Otel mühafizəçisi azyaşlıya atəş açıb və onu yaralayıb. pizza hut
Küçükçekmece rayon Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Yaralı uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Telegram kanalımız