Aktyor Oqtay Mehdiyev ailəsindən danışıb. O, indiki zamanda övlad tərbiyə etməyin çətin olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, övladları ilə birlikdə "Xoşbəxt sabahlar" verilişində qonaq olan Oqtay valideynlərin uşaqların tərbiyəsinə xüsusi diqqət yetirməli olduğunu deyib. Aktyor bəzən vaxt məhdudluğundan bu məsələnin arxa plana keçdiyini bildirib.
Oqtay Mehdiyev, 2 oğul, 1 qız atası olduğunu diqqətə çatdırıb: "Oğlanlarım böyükdür. İki oğuldan sonra qızım dünyaya gəldi. Açığı, istəmirdim ki, qızım olsun. Çünki indi övlad, xüsusilə də qız övladı böyütmək, onu tərbiyə etmək çox çətindir. Bu üzdən çox tərəddüd edirdim. Amma qızımın dünyaya gəlişi həyatımızı daha şən elədi. Valideynlər qızlarına çox vaxt ayırmalı, onların təlim-tərbiyəsi ilə daha çox məşğul olmalıdırlar".
Telegram kanalımız