“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” - Günel Ələkbərova

saytların hazırlanması

Evə çatdırılma

“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” - Günel Ələkbərova

Şou

16 Mart 2023 08:42 1969


Müğənni Günel Ələkbərova TikTok-dakı fəaliyyətindən danışıb.

“Yeni Sabah” Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Şou-xəbər"ə açıqlamasında sözügedən sosial şəbəkədə pul xatirinə oturduğunu deyib:

"Maddi marağım olmasa, TikTok-da oturmaram. Digər məşhurlar da mənim kimi... Bəziləri yalandan deyir ki, elə-belə ordayam. Hətta çoxu TikTok-da oturana pis baxırdı. İndi özləri oturur, pul da qazanırlar. Əvvəl qazancımı dedim, gözə gəldim. Amma qazanıram". pizza

Xeyli çəki alan Günel onu türkiyəli müğənni Bülənt Ərsoya oxşadan jurnalistə "Nə edim, belə şirinəm. Arıq qızlar üçün ürəyim gedir. Amma arıq nəyə lazımdır, qadın dediyin ətli, budlu olmalıdır. Olsun, Bülənt divadır. Amma görün məni kimə oxşadırsınız... Elə anam demirəm, amma istəyərdim elə atam olsun. Doğrudan deyirəm" cavabını verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!