İsveç şirkətinin 5 min əməkdaşı Gürcüstanda tətil elan etdi

saytların hazırlanması

Evə çatdırılma

İsveç şirkətinin 5 min əməkdaşı Gürcüstanda tətil elan etdi

Dünya

08 İyul 2024 22:49 593


İsveçin “Evolution” oyun tərtibatçısı şirkətinin Gürcüstandakı müəssisəsinin 5 min əməkdaşı iyulun 12-nə tətil elan edib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “OC Media” saytı məlumat yayıb.

Bildirilir ki, şirkət əməkdaşları daha yaxşı iş şəraiti və yüksək maaş tələb edirlər. Dördpendirli pizza

“Biz az sayda əməkdaşımızı təmsil edən yerli həmkarlar ittifaqı, habelə hökumət tərəfindən təyin edilmiş vasitəçilər ilə konstruktiv dialoqu başa çatdırdıq. Təəssüf ki, razılığa gəlmədik”, - şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Karl Linton deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!