İsveçdən Ukraynaya 1.3 milyard dollarlıq yardım 

saytların hazırlanması

Evə çatdırılma

İsveçdən Ukraynaya 1.3 milyard dollarlıq yardım 

Dünya

29 May 2024 12:49 485


İsveç Ukraynaya 1.3 milyard dollar dəyərində ən böyük hərbi yardım paketini göndərəcək. 

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı hökumətin saytında verilən məlumatda deyilir. 

Məlumata görə, paketə uzaqmənzilli radar kəşfiyyat təyyarəsi, tırtıllı zirehli transportyorları, 155 mm-lik artilleriya sursatları və raketlər daxil olacaq.  pizza mizza

Sözügedən təyyarə 500 km-ə qədər hədəf aşkarlama radiusuna malikdir. Bu, təlim və texniki avadanlıqlarla təmin olunacaq. 

Ölkə hökuməti bunun “hava və dənizdəki hədəflərə qarşı tamamilə yeni radar kəşfiyyatı və döyüş nəzarəti qabiliyyətini” təmin edəcəyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!