Kadırov oğlunu yetkinlik yaşına çatmayan qızla evləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Kadırov oğlunu yetkinlik yaşına çatmayan qızla evləndirdi

Dünya

21 İyun 2024 02:12 3909


Çeçenistan lideri Ramzan Kadırov 17 yaşlı oğlu Əlini Dövlət Dumasının deputatı Adam Delimxanovun azyaşlı nəvəsi ilə evləndirib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

İddia edilib ki, iyunun 8-də Çeçenistan rəhbərinin iki oğlu, 17 yaşlı Əli və 16 yaşlı Adam gizli şəkildə evləniblər. Dördpendirli pizza

Jurnalistlər gəlinin anası Xedi Delimxanovanın sosial şəbəkələrini təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, Əlinin həyat yoldaşının yaşı 14-dən çox ola bilməz.

16 yaşlı Adam Kadırov isə Delimxanovun əmisi oğlu senator Süleyman Geremeyevin qızı ilə evlənib. Onun neçə yaşı olduğu məlum deyil.

Jurnalistlərin qeyd etdiyi kimi, Kadırovun oğullarının nüfuzlu çeçenlərin qızları ilə “ikiqat toyu” atasının ölümü halında ailəni qorumaq cəhdidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!