Kadırov Ukraynaya 70 min çeçen göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

Kadırov Ukraynaya 70 min çeçen göndərəcək

Dünya

25 Fevral 2022 17:49 824


“Çeçenistandan olan 70 min könüllü Ukraynaya gedib Rusiya uğrunda döyüşməyə hazırdır, lakin hələ ki buna rəsmi qərar verilməyib”.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu cümə günü jurnalistlərə Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşdən sonra bildirib.

“Biz Ali Baş Komandanın (Putin-red.) qərarını tam dəstəklədiyimizi və istənilən əmri yerinə yetirəcəyimizi, buna hazır olduğumuzu bəyan edirik. Bizim dövlətimiz (Rusiya Federasiyası-red.) uğrunda könüllü döyüşməyə hazır olan 70 min insanımız var”, - Kadırov deyib pizza mizza

Çeçenistan rəhbəri qeyd edib ki, könüllülər Rusiyanın təhlükəsizliyini təmin etmək üçün istənilən ərazidə istənilən xüsusi əməliyyata getməyə hazırdırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!