Kadırovdan Putinə çağırış: “Bu, qətiyyətli fikrimdir“

saytların hazırlanması

Evə çatdırılma

Kadırovdan Putinə çağırış: “Bu, qətiyyətli fikrimdir“

Dünya

04 Mart 2022 09:53 6402


“Cənab Prezident Vladimir Putin, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim qətiyyətli fikrimdir. Dördpendirli pizza

Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər”, - deyə Kadırov vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündə çeçen hərbçilər də iştirak edirlər. Bundan bir neçə gün öncə R. Kadırov çeçen hərbçilərin itkiləri barədə məlumat vermişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!