Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov qardaşı oğlu Həmzəti Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edib.
Yenisabah.az xəbər verir ki, Həmzət Kadırovun təyinatı barədə o, öz Telegram kanalında yazıb.
Yeni katib ilk təyinatını 21 yaşında alıb, sonra Kurçaloyevsk bələdiyyə dairəsi administrasiyası rəhbərinin birinci müavini, həmin il isə bu rayonda administrasiyasının rəhbəri olub. Bundan başqa, 2023-cü ildə Çeçenistan hökuməti sədrinin müavini - əmlak və torpaq münasibətləri naziri vəzifəsini tutub. pizza mizza
Mayın əvvəlində Kadırov daha bir qohumu - xalası oğlu Adam Çerxiqovu respublikanın nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri vəzifəsinə təyin edib.
Ümumən Çeçenistan hökumətindəki 23 vəzifədən 9-u Kadırovun qohumlarıdır.
Telegram kanalımız