Kanada Ukraynaya silah və kredit verəcək

saytların hazırlanması

Evə çatdırılma

Kanada Ukraynaya silah və kredit verəcək

Dünya

15 Fevral 2022 10:53 559


Kanada Ukraynaya 500 milyon dollar kredit və 7,8 milyon dollar dəyərində modern silah verəcək.

Yenisabah.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Onun sözlərinə görə, bu kredit Kanadanın Ukraynaya verdiyi daha əvvəl elan edilmiş 120 milyon dollarlıq kreditə və öldürücü olmayan silahlara əlavədir. Pepperoni pizza

Trüdo Kanadanın dəstəyini bir daha təsdiqləmək üçün həftə sonu Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdığını söyləyib.

Baş nazir deyib ki, modern silah və sursat artıq ABŞ, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Hollandiya və Polşadan silah almış Ukraynanın konkret müraciətinə cavabdır.

“Dəstəyin məqsədi Rusiyanın gələcək təcavüzünün qarşısını almaqdır. Vəziyyət sürətlə gərginləşir və biz öz qətiyyətimizi nümayiş etdiririk, - Trüdo mətbuat konfransında deyib. “Kanadalılar və dünya üçün Kanadanın Ukraynanı və onun müstəqilliyini, bütövlüyünü və suverenliyini, o cümlədən özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcəyini bilməsi vacibdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!