Kanada vətəndaşlarına müraciət etdi: Ukraynanı tərk edin

saytların hazırlanması

Evə çatdırılma

Kanada vətəndaşlarına müraciət etdi: Ukraynanı tərk edin

Dünya

12 Fevral 2022 10:50 560


Kanada Rusiya tərəfindən artan işğal təhlükəsini səbəb göstərərək, Ukraynadakı vətəndaşlarından dərhal ölkəni tərk etmələrini xahiş edib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli açıqlama verib.

“Rusiyanın davam edən təhdidləri və 1 fevraldan bəri silahlı qarşıdurma riski səbəbindən kanadalıları Ukraynaya hər cür səyahətdən çəkinməyə çağırırıq. Biz, həmçinin, artıq Ukraynada olan kanadalılardan hələ ki imkan varkən ölkəni tərk etmələrini xahiş edirik. Bizim əsas prioritetimiz kanadalıların təhlükəsizliyidir”, - deyə nazir kanadalılara müraciət edib./Modern.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!