Kəlbəcər və Tovuzda mövqelərimiz atəşə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcər və Tovuzda mövqelərimiz atəşə tutuldu

Hadisə

04 Oktyabr 2022 09:01 995


Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Bildiririk ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə  bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” – deyə açıqlamada bildirilir. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!