Kəmaləddin Heydərov polkovniki işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı

Sosial

28 Noyabr 2024 15:15 892


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

 Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

 Əmrə əsasən, polkovnik Ələsgərov Elçin Rasim oğlu vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Dominos pizza

 Nazirin digər əmri ilə mayor Bayramov Fərman Telman oğlu Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib. 

 Fərman Bayramov bu təyinatadək Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!