"Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinin başlamasından iki gün sonra erməni vandalları tərəfindən ilk işğala məruz qalan dörd kəndimizin azad olunması xalqımızda böyük sevinc, dövlətimizə və möhtərəm cənab prezident İlham Əliyevə dərin inam hissini daha da gücləndirdi".
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib.
"Qətiyyətin və müdrikliyin təcəssümü olan bu hadisə gözlənilən idi. Unikal anti-terror əməliyyatı ilə Xankəndində uzun illər böyük kök atan separatçı-xunta rejimi darmadağın edildikdən sonra bütün sosial diqqət hələ də işğal altında olan səkkiz kəndə yönəldi. Dominos pizza
Müzəffər Ali Baş Komandan İlham Əliyevdən mesaj gecikmədi: dörd kənd dərhal, digər dörd kənd isə sonrakı mərhələdə qaytarılmalıdır!
Hər zaman olduğu kimi polad iradə öz nəticəsini verdi" - partiya sədri əlavə edib.
F. Ağamalı Zəngəzur dəhlizi və digər 4 kəndə bağlı məsələnin həll olunacağına dair əminliyini də xüsusi vurğulayıb:
"Əminəm ki, Dünyanı və xalqımızı heyrətə salmaqda davam edən möhtərəm, cənab prezident, korifey siyasətçi və diplomat kimi Dünya tarixində əbədiləşən İlham Əliyev digər dörd kəndimizi də, Zəngəzur dəhlizini də Zəngəzurla birlikdə Vətənə qovuşduracaq.
Azərbaycanımızı yeni və daha möhtəşəm mərhələyə qaldıracaqdır.
Və beləliklə, Dövlətçiliyimizdə İlham Əliyev mərhələsinin birinci dönəmi başa çatacaq, böyük strateji hədəfləri özündə ehtiva edən yeni era başlayacaqdır.
Uca Tanrının taleyinizə yazdığı Yolunuz açıq olsun, Möhtərəm, Cənab Prezident!"
Telegram kanalımız