Kərə yağının qiyməti yenə bahalaşdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kərə yağının qiyməti yenə bahalaşdı - VİDEO

Sosial

02 Dekabr 2024 09:20 9254


Azərbaycanda kərə yağı kəskin bahalaşıb.

“Yeni Sabah” bu barədə "İctimai TV"yə istinadən xəbər verir.

Bildirilib ki, son 2-3 ayda qiymətlər təxminən 30 faiz artıb. Əvvəllər 19 manata satılan yağı indi alıcılara 24 manata təklif edilir. Dominos pizza

Azərbaycan kərə yağını özü də istehsal edir, amma tələbat idxalın köməyi ilə ödənilir. Ölkəmizə kərə yağı əsasən Ukrayna və Belarusdan gəlir.

Son 1 ildə bütün dünyada ağartı məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Yəni xammalın qiyməti artdığından yağ da bahalaşıb. Amma məsələ burasındadır ki, idxal olunan yağın qiyməti ilə mağzalarada satılan yağın qiyməti arasında kəskin fərq var. Halbuki dövlət yağ idxalı ilə məşğul olan sahibkarlara güzəştli rüsum da tətbiq edib. Yəni bu sahə ilə məşğul olanlar üçün gömrük rüsumları çox deyil. O zaman sual yaranır. Azərbaycanda kərə yağı niyə bahadır? Araşdırmamız zamanı o da məlum oldu ki, kərə yağı özümüzə çatmır, amma Rusiyaya ixrac olunur. Yəni azərbaycanlı sahibkarlara yağı Rusiyada daha baha satmaq olduqca sərfəli görünür.

Daha ətraflı aşağıdakı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • VÜQAR
    Guya ki,kərə yağı yeyir xalq??Kərə yağının rəngini dadını 20 ildən çoxdur ki,unutmuşuq.345 manat əmək haqqı,363 manat pensiya ilə kərə yağı yemək olar??Dolayıblar milləti vallah.
    1 year ago
  • RAHİM
    ONDA BELƏ QƏNAƏTƏ GƏLMƏK OLAR Kİ ÖLKƏDƏ SAHİBKARLARA DUR DEYƏ BİLƏN HÖKUMƏT YOXDUR.
    1 year ago