Kiyev ətrafında döyüşlər gedir, Ruslar bu istiqamətdə müdafiəni yardı

saytların hazırlanması

Evə çatdırılma

Kiyev ətrafında döyüşlər gedir, Ruslar bu istiqamətdə müdafiəni yardı

Dünya

24 Fevral 2022 15:42 3795


Ukrayna üzərinə hücuma keçən Rusiya qoşunları daha bir istiqamətdən müdafiəni yarıb. Ukraynanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir ki, Jitomir vilayətində Rusiya qoşunları dövlət sərhədini keçiblər. Ukrayna sərhədçiləri və hərbçiləri onlarla qeyri-bərabər döyüşə girib, amma rusların texnikası Vilça sərhəd-keçid məntəqəsinindən keçməklə Jitomir vilayətinə daxil olublar. Jitomirdəki sərhəd qoşunları bazası “Qrad” raketləri ilə vurulub. “Sərhəd qoşunlarının bölmələri situasiyadan asılı olaraq ehtiyat mövqelərə çəkilirlər və Milli Qvardiya, silahlı qüvvələrlə qarşılıqlı əlaqədə hərəkət edirlər”,-məlumatda deyilir.

Digər məlumata görə, Rusiya qoşunları cənub istiqamətindən irəliləyərək Sumı vilayətinə də daxil olublar. Xarkov vilayətinin Kaxov şəhəri də ələ keçirilib.

Eyni zamanda Belarus istiqamətindən hücum edən Rusiya qoşunları Kiyev vilayəti ətrafında döyüşlər aparır. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Kiyev vilayətinin Qostomel rayonundakı hərbi aerodroma Rusiya desantı atılıb, habelə vertolyotlarla hücum edilib. “Döyüş gedir. Rəqibin 3 vertolyotu vurulub”,-Geraşenko bildirib. Sakinlərin çəkdikləri videolara əsasən Belarus istiqamətindən hücum edən onlarla Rusiya döyüş vertolyotu Kiyev ətrafındakı hərbi aerodroma zərbələr endirir. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!