Ermənistanın eks-prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir.
Yenisabah.az xəbər verir ki, bu barədə o, erməni mediasına müsahibəsində deyib.
“Növbədənkənar seçkilər keçiriləcəksə, öz komandamla iştirak edəcəm və qələbə qazanacam”, - deyə Koçaryan bildirib. Dördpendirli pizza
Keçmiş prezident onu da əlavə edib ki, indiki vəziyyətdə seçkiləri təşkil etmək olduqca təhlükəlidir. “Buna baxmayaraq, hökumət bunu anlamırsa və həyata keçirilməsində israr edirsə, müxalifət seçkilərə qatılmalıdır”, - deyə Koçaryan qeyd edib.
Sabiq prezidentin fikrincə, hakimiyyət dəyişikliyinin siyasi yolla baş verməsinə ümid tükənərsə, artıq yazda insanlar küçələrə çıxacaq və bu dəfə etiraz dalğası əvvəlkindən daha güclü olacaq. /“Qafqazinfo”
Telegram kanalımız