Ağdam rayon sakini, məcburi köçkün Rzayeva Rəfiqə Nəsib qızı bir aylıq təqaüdünü (230 manat) Azərbaycan Ordusuna dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna keçirib.
Yenisabah.az xəbər verir ki, bu məlumatı Qarabağ Azadlıq Təşkilatının Ali Məclisinin üzvü Rəsmiyyə Qarayeva bildirmişdir.
Rəsmiyyə Qarayeva bildirib ki, dünən Ağdamdan anam bir aylıq təqaüdünü göndərərkən dedi: “Qızım, bu pulu Milli Ordumuza göndər, mən nənəsi qurban olsun silah tutuan nəvələrinə”. Toyuqlu pizza
Eşq Olsun Azərbaycan xanımlarına, eşq olsun mübarizlər böyüdən Azərbaycan analarına!
Vətənimizin bu günündə dövlətimizə, Ordumuza dəstək olan hər bir kəsə minnətdarıq.
Telegram kanalımız