Koreyadakı soydaşlarımız Xocalı soyqırımına dair petisiya ilə çıxış etdilər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Koreyadakı soydaşlarımız Xocalı soyqırımına dair petisiya ilə çıxış etdilər - Fotolar

Dünya

25 Fevral 2022 20:07 526


Koreya Respublikasında fəaliyyət göstərən “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyası Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı yerli ictimaiyyətə petisiya ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata əsasən, Koreya Prezident Administrasiyasının və Koreya Parlamentinin saytlarında yerləşdirilmiş petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na kecən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı soyqırımı törətdiyi barədə məlumat verilib.

Bu addım koreyalıların diqqətini Xocalı soyqırımına cəlb etmək və onların “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasına fəal şəkildə qoşulmasına nail olmaq məqsədilə atılıb.  Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!